• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəbiristanlıqda ŞOK OLAY: Borclunun qəbrini açıb yandırdı

DÜNYA

23 Aprel 2024 | 08:41 | Müəllif: Qalib İbrahimoğlu

Qəbiristanlıqda ŞOK OLAY: Borclunun qəbrini açıb yandırdı

Türkiyədə hər kəsi salacaq hadisə yaşanıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, olay Aksarayda qeydə alınıb.

Belə ki, 8 gün əvvəl tüfənglə həyatına son qoyan borclunun borcunun ödəmə günü çarəsiz qalan şəxs məzara gedərək qəbri açaraq yandırıb.
Həyatına intihar edərək son qoyan Abdullah Köseyə bizneslə məşğul olmaq məqsədi ilə təxminən 400 min lirə borc verən Ələddin Y. pulun ödəniş günü - aprelin 20-də axşam saatlarında qəbiristanlğa gedib. Abdullah Kösenin məzarını qismən açan Ələddin Y. sosial şəbəkədə canlı yayım açaraq “Qaçmaq o qədər də asan deyil, səni yerin altında da olsan yandıracağam” deyib.

Bütün etdiklərini canlı yayımda yayımlayan və məzarın bir hissəsini açan Ələddin Y. daha sonra məzara yanar maddə tökərək yandırıb. Daha sonra Ələddin Y. “Qaçmaq o qədər də asan və sadə deyil, qardaş. Hara qaçırsan? Qoy azan şahidim olsun, mənim pulumu belə israf edə bilməzsən. Mən ailəmin, övladlarımın ruzisini vermədim ki, siz yeyəsiniz” deyərəl qəbri atəşə tutub.

Canlı yayımı görən mərhum Abdullah Kösenin yaxınları dərhal polisə məlumat veriblər. Polislər Əladdin Y.-ni yandırılan məzarın başında qəbri açarkən yaxalayıb.

Dindirilmək üçün polis bölməsinə aparılan Ələddin Y. oradakı prosedurlardan sonra "məhkəmə nəzarəti şərti ilə" sərbəst buraxılıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026