• Bakı 19° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

“Aparıcılar deyirlər ki, “gəl, hicabını bizim efirdə aç”

MƏDƏNİYYƏT-ŞOU

01 May 2024 | 09:27

“Aparıcılar deyirlər ki, “gəl, hicabını bizim efirdə aç”

“Hamı ideyalar çıxarır ki, Xuraman əvvəlki imicinə qayıdır, başını açır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Elgizlə izlə” verilişində deyib.

O, haqqında yayılan iddialara son qoyub:

“Xuraman hələ ölməyib, sağdır. Qərarı özüm verəcəm. Mən beləyəm də, necəyəmsə, elə də qəbullanın. Mənə aparıcılar zəng edirlər ki, “əgər belə bir fikrin varsa, gəl, bizim verilişdə elə”. Bu, oyun-oyuncaq deyil. Mən sizin üçün uşaq deyiləm. Yetərincə gözəl yaşım var, ağlım da başımdadır. Kiminsə mənim əvəzimə nəyisə həll etməyinə ehtiyac yoxdur. Mən ağıllı bir xanımım. Öz qərarlarımı özüm verə bilərəm”.

Qeyd edək ki, Xuraman Şuşalı ötən həftə “Maqazin plus” verilişində hicabını açmaq barədə düşündüyü deyib. O, müəyyən müddətdən sonra hicabdan imtina edə biləcəyini  istisna etməyib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR