• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

“Səhnədən getməmək üçün müalicələrimə başlayacağam”

MƏDƏNİYYƏT

29 May 2024 | 16:54

“Səhnədən getməmək üçün müalicələrimə başlayacağam”

Xalq artisti Afaq Bəşirqızı səhhətindəki problemdən danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, “Elgizlə izlə” verilişinə müsahibə verən aktrisa hazırda müalicə aldığını deyib.

O bildirib ki, səhhətində yaşadığı problemlərə görə səhnədən getməyi düşünüb:

“Bədənimdə saysız-hesabsız əməliyyatlar, xəstəliklər var idi. Bilirəm ki, artıq mənim 18 yaşım yoxdur. Reabilitasiya mərkəzinə gəlməyim son ümidim idi. Bu yaxınlarda tamaşa oynadım. Tamaşadan sonra həmkarlarıma söylədim ki, səhnədən ayrılmaq istəyirəm. Artıq getməyimin vaxtıdır, amma ayrıla bilmirəm. Xasiyyətimə bələd bir insanam. Əgər həqiqətən də səhnədən uzaqlaşsam, özümə qapanacağam. Heç yerimi və məkanımı da bilməyəcəklər. Lakin mən səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə müalicələrimə başlayacağam”.

Qeyd edək ki, A.Bəşirqızı uzun illərdir xərçəng xəstəliyi ilə mübarizə aparır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR