• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Aparıcılara Şəbnəm və Damla QADAĞASI

MƏDƏNİYYƏT

27 Iyul 2022 | 16:02

Aparıcılara Şəbnəm və Damla QADAĞASI

Müğənni Damla aparıcılara qadağa qoyub.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi verilişlərə gedərkən ona həmkarı Şəbnəm Tovuzlu ilə bağlı sual verilməməsini tapşırıb.

Eyni qadağanı Şəbnəmin də qoyduğu ortaya çıxıb. 

Şəbnəm açıqlamasında xəbəri təsdiqləyərək bunları əlavə edib:

“Bunu bir çox aparıcı dostuma qadağan etmişəm. Daha doğrusu, qadağa kimi yox, xahiş etmişəm. Proqrama dəvət olunmuşamsa, mənə bir neçə müğənnilər, başda da Damla haqqında sual verilməsin. Onlar haqda danışmaq istəmirəm. Elə suallar verirlər ki, müğənnilərlə salam-sağ ol varsa da, qalmır. Bir-birimizin xətrinə dəyir, münasibətimizi tamamilə bitiririk. Ona görə də ən yaxşısı sual verilməməsi və bizim danışmamağımızdır”.

Qeyd edək ki, Şəbnəm və Damla arasında uzun müddətdir inciklik var. (axsam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026