Türkiyənini məşhur müğənnisi Gülşen barəsində həbs qərarı verilib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Bakırköy Qadın Həbsxanasına göndərilib.
Sənətçinin polis bölməsində verdiyi açıqlama isə belədir:
“Bu qısa görüntünün aylar sonra hansı məqsədlə ortaya çıxarıldığını bilmirəm. Ancaq bunun təxribat məqsədilə edildiyini düşünürəm. Mən o sözləri heç vaxt “İmam Hatip”çiləri və ya ölkəmizin bir hissəsini qaralamaq, təhqir etmək üçün deməmişəm”.

Qeyd edək ki, konsertlərindən birində müğənni birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə bildirib.
Gülşənin bu sözləri həmin liseydə oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə Gülşənin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.
Nur
















