• Bakı 18° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Atam dedi ki, o adda qızım yoxdur” - Aysun

MƏDƏNİYYƏT-ŞOU

24 Sentyabr 2022 | 18:28

“Atam dedi ki, o adda qızım yoxdur” - Aysun

Müğənni Aysun İsmayılova atası ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bu barədə o, anası Rəqsanə İsmayılovanın yutubda yayımlanan "Göz önündə" layihəsində danışıb.

Aysun deyib ki, atasını uşaq vaxtı görmək istəyib, lakin bu, mümkün olmayıb:

"Atamı uşaq olanda axtarmışam. Ondan atalıq görməmişəm, yanımdan keçsə, tanımaram. Onu tanımaq üçün addım atdım, sən bilmədin. Uşaq idim, 12-14 yaşım olardı. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki mənə hər kəs deyir ki, sən Yaşara (atası - red.) oxşayırsan. Onun üçün mənə maraqlı idi. Goranboya getdik. Heç özü qarşıma çıxmadı, dedi ki, mənim o adda qızım yoxdur. O, o sözü deyibsə, deməli, mənim də o adda atam yoxdur. Yadımda deyil, deyəsən, əmim çıxdı, dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. İstəyən ata bu illər ərzində axtarıb tapardı. Mən ondan nə var istəməmişəm, nə dövlət istəməmişəm, heç nə istəməmişəm".


SON XƏBƏRLƏR