"Apple" şirkəti ilə "Alibaba" arasında müqavilə imzalanıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edən "Alibaba" İdarə Heyətinin sədri Joe Tsai məlumat verib.
Onun sözlərinə görə, "Apple" şirkəti "Alibaba"nı seçməzdən əvvəl "Baidu", "ByteDance", "Tencent" və "DeepSeek" kimi digər çinli süni intellekt şirkətləri ilə də danışıqlar aparıb:
"Apple bu məsələdə çox seçici idi. Onlar Çində bir çox şirkətlərlə görüşdülər və nəhayət, bizimlə işləmək qərarına gəldilər. "Apple" bizim texnologiyamızdan istifadə etmək istəyir".
Qeyd edək ki, müqavilənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Gülşən Şərif