• Bakı 12° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb

DÜNYA

16 Mart 2025 | 16:16

ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb

ABŞ məhkəməsi ölkə prezidenti Donald Trampın əvvəllər istədiyi kimi, miqrantların təyyarə ilə ölkədən çıxarılmasının dayandırılmasını tələb edib.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin hakimi Ceyms Boasberqə bildirib.

"Bu adamları daşıyan istənilən təyyarə ABŞ-yə qaytarılmalıdır. Bunun dərhal həyata keçirildiyinə əmin olun", - hakim söyləyib.

Məhkəmə daha əvvəl Tramp administrasiyasının planlaşdırdığı 1798-ci il qanununa əsasən beş venesuelalının deportasiyasının müvəqqəti dayandırılmasına qərar vermişdi. Məhkəmə indi bu qərarı ABŞ-nin yeni hökumətinin qanun çərçivəsində deportasiya etməyə çalışdığı bütün miqrantlara şamil edib.

Qeyd olunub ki, müvəqqəti qadağa Trampın sərəncamının qanuniliyi müəyyən edilənə qədər 14 gün müddətinə tətbiq edilib.


SON XƏBƏRLƏR

15 Mart 2025