• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Araz Ağalarov və Leonid Fedunun RSXP-nin idarə heyətindən çıxarılır

DÜNYA

14 Mart 2023 | 19:38 | Müəllif: Subhan Mahmudov

Araz Ağalarov və Leonid Fedunun RSXP-nin idarə heyətindən çıxarılır

Araz Ağalarov və Leonid Fedunun Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı (RSXP)-nin idarə heyətindən çıxarılması barədə məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, ümumilikdə 15-dən çox iş adamının Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbərliyindən xaric edilməsi planlaşdırılır.

Bu barədə qurumun martın 16-da keçiriləcək qurultayında məlumat veriləcək.

Xüsusilə, Rusiya Postunun keçmiş rəhbəri Maksim Akimov, USM-nin həmsahibi Əlişir Usmanov, Sibir İstehsalat Şirkətinin Direktorlar Şurasının sədri Stepan Soljenitsın şuraya daxil olmayacaq.

Məlumata görə, sahibkarlar Rusiyaya və ya şəxsən onlara qarşı sanksiyalara görə RSPP-dən çıxmaq istəyirlər. İş adamları "mümkün qədər az reklam" istəyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026