ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internetə sızan “tam məxfi” sənədləri Vaşinqtonla müttəfiqləri arasında gərginliyə səbəb olduğundan yeni məlumatlar ortaya çıxmaqda davam edir.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən sənədlərə əsasən, Ukrayna ərazisində bir çox Qərb dövlətlərinin, o cümlədən İngiltərə, Fransa və ABŞ-ın xüsusi təyinatlı hərbi qüvvələri fəaliyyət göstərir.
Bir il ərzində yayılan iddia və fərziyyələri təsdiqləyən sənədlərdə Ukraynada ən çox xüsusi təyinatlıların olduğu ölkənin İngiltərə olması (50) diqqəti çəkir.
23 mart tarixli sənəddə İngiltərədən sonra NATO üzvü Latviya (17), Fransa (15), ABŞ (14) və Hollandiya (1) gəlir.
Nuranə
















