• Bakı 15° C

    2.5 m/s

Almaniyadan Ukraynaya 3 milyardlıq hərbi yardım

DÜNYA

13 May 2023 | 15:51

Almaniyadan Ukraynaya 3 milyardlıq hərbi yardım

Almaniya hökumətinin Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün səfərindən əvvəl Ukraynaya 2,7 milyard avro dəyərində yeni silah və sursat göndərəcəyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Almaniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada Almaniyanın Ukraynanı əlavə olaraq 20 Marder tipli zirehli döyüş maşını, 30 Leopard-1 döyüş tankı və 4 İris-T-SLM hava müdafiə sistemləri ilə təmin edəcəyi bildirilir.

Qeyd edək ki, Ukraynaya veriləcək 2,7 milyard avro dəyərində silah və sursatın Almaniyanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri verdiyi ən böyük dəstək olacağı vurğulanıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026