Keçmiş dövlət naziri və keçmiş İYİ Partiya millət vəkili Ahat Andıcan qurucusu olduğu partiyadan istefa verib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, bu barədə A.Andıcan sosial şəbəkə paylıaşımında bildirib.
"Bu gündən etibarən qurucusu və millət vəkili olmaqdan şərəf duyduğum İYİ Partiya üzvlüyünə son verdim", - deyə paylıaşımda vurğulanır.
Parlamentin 27-ci dönəmində deputat kimi İYİ Partiyaya layiqincə xidmət etdiyinə əmin olduğunu deyən Andican qeyd edib ki, təəssüf ki, bu gün gəlinən nöqtədə İYİ Partiya Administrasiyası ilə siyasi və struktur baxımından uyğun bir iş aparmaq artıq mümkün deyil.
Keçmiş depuatat “Partiyasız müxalifət” sıralarına qoşulduğunu bəyan edib.
Murad Məmmədli
















