• Bakı 20° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Deputat qətlə yetirildi

DÜNYA

12 Iyun 2023 | 13:45

Deputat qətlə yetirildi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin deputatı Aleksandr Kolodiçin meyiti Yeni Moskva rayonunda aşkarlanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, deputatın meyiti Yeni Moskvada fərdi evin zirzəmisində tapılıb. Onun bədənində ölümlə nəticələnən zorakılıq izləri aşkar edilib. Deputatın həyat yoldaşı da bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb.

58 yaşlı Aleksandr Kolodiç Vahid Rusiya Partiyasından Xantı-Mansiysk Muxtar Dairəsi Dumasına Yuqra şəhərindən deputat seçilib. O, yerli dumanın Büdcə, maliyyə və vergi siyasəti üzrə komitəsinin sədri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026