• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Çin NATO kommunikesini  tənqid etdi

DÜNYA

12 Iyul 2023 | 11:23

Çin NATO kommunikesini tənqid etdi

Pekin NATO-nun kommunikesində Çinin alyansın maraqları və təhlükəsizliyinə meydan oxuması, həmçinin alyansın Asiya-Sakit okean regionunda genişlənməsinə qarşı çıxmasına dair fikirlərə sərt reaksiya verib.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, Çinin Avropadakı missiyasının bəyanatında Çinlə bağlı kommunikedə yer almış fikirlərin sadə faktlara məhəl qoymadığı, Çinin mövqeyini və siyasətini təhrif etdiyi və onu qəsdən nüfuzdan salmağa çalışdığı qeyd edilib.

“Biz buna qəti şəkildə etiraz edir və rədd edirik”, - bəyanatda qeyd edilib.

Missiyanın bəyanatında vurğulanıb ki, Çin NATO-nun şərqə doğru Asiya-Sakit okean regionuna yayılmasına qəti şəkildə qarşıdır və Pekin öz haqlarını təhdid edən istənilən fəaliyyətə qətiyyətli cavab verəcək.

“Çinin legitim hüquq və maraqlarını təhlükə altına qoyan istənilən hərəkətə qəti cavab veriləcək”, - deyə bəyanatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026