Rusiyanın Kaluqa vilayətindəki elektrik yarımstansiyalarından biri yanır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa məlumat yayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisə nəticəsində bir neçə yaşayış məntəqəsi işıqsız qalıb, ölən və ya xəsarət alan yoxdur.
Yanğının başvermə səbəbləri araşdırılır.
















