• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rumıniyada Rusiyaya məxsus PUA qalıqları aşkarlandı

DÜNYA

09 Sentyabr 2023 | 22:50 | Müəllif: Subhan Mahmudov

Rumıniyada Rusiyaya məxsus PUA qalıqları aşkarlandı

Rumıniya hərbçiləri Rusiya ordusunun istifadə etdiyi PUA-nın yeni qalıqlarını aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dəniz Qüvvələrinin şəxsi heyəti axtarış əməliyyatları zamanı Plaurudan təxminən 2,5 km cənub-şərqdə Rusiya hərbçilərinin istifadə etdiyinə oxşar PUA fraqmentləri aşkar ediblər. Qalıqların aşkar olunduğu ərazi hərbçilər tərəfindən mühasirəyə alınıb, aşkarlanan elementlər analiz və texniki ekspertiza üçün toplanacaq”, - məlumatda bildirilib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026