• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dünyada koronavirusa yoluxma halları kəskin şəkildə artdı - ÜST-dən xəbərdarlıq

DÜNYA

11 Avqust 2023 | 10:47 | Müəllif: Subhan Mahmudov

Dünyada koronavirusa yoluxma halları kəskin şəkildə artdı - ÜST-dən xəbərdarlıq

İyulun 10-dan avqustun 6-dək dünyada koronavirusa yoluxma hallarının sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Təşkilatın məlumatına görə, ölənlərin sayı 57% azalıb.

Həmçinin qeyd edilib ki, mütəxəssislər dörd həftə ərzində dünyada 1 492 210 yoluxma halı və 2560 ölüm halı qeydə alıblar. Təşkilat vurğulayıb ki, bu müddət ərzində ən çox yoluxma Koreya Respublikasında (1 278 065 nəfər) müşahidə olunub. Braziliyada isə ən çox ölüm qeydə alınıb, iyulun 10-dan avqustun 6-dək ölkədə 500 nəfər ölüb.

ÜST bildirib ki, təşkilatın mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 əsas təhlükə olaraq qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR