• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

47 ildə bir ilk: Rusiya Ay missiyası üçün düyməni basdı

DÜNYA

11 Avqust 2023 | 11:02 | Müəllif: Subhan Mahmudov

47 ildə bir ilk: Rusiya Ay missiyası üçün düyməni basdı

Rusiya yarım əsrdə Ayın səthinə yumşaq eniş edən ilk kosmik missiyanı həyata keçirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Luna 25 adlı missiya ilə Rusiya Ayın cənub qütbünə enən ilk ölkə olmaq məqsədi daşıyır.

Kosmik gəmi "Soyuz-2.1b" raketi ilə birlikdə təyin olunmuş vaxtda Rusiyanın Uzaq Şərqindəki "Vostochnıy" Kosmik Bazasından orbitə buraxılıb.

Ayın cənub qütbünün su yataqlarının ola biləcəyi güman edilir. Tapılacaq mümkün su ehtiyatları Ayın kəşfiyyatı üçün dönüş nöqtəsi ola bilər.

Rusiyanın “Roskosmos” kosmik agentliyinin direktoru “İnterfaks”a bildirib ki, onlar kosmik gəminin avqustun 21-də Aya enməsini gözləyirlər.

 

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR