• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Müxalifət partiyasında istefalar başladı

DÜNYA

13 May 2023 | 14:48

Müxalifət partiyasında istefalar başladı

Türkiyənin müxalifət Memleket Partiyasının sədri Muharrem İncənin prezident namizədliyindən çəkilməsindən sonra partiyada kütləvi istefalar başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, istefa edən partiya üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AK Parti) dəstəkləyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də CHP və terror təşkilatlarının onun haqqında şantaj xarakterli görüntüləri yayması səbəbilə prezidentliyə namizədliyindən geri çəkildiyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR