• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Beynəlxalq Əfv Təşkilatın İrana səsləndi

DÜNYA

13 May 2023 | 14:11

Beynəlxalq Əfv Təşkilatın İrana səsləndi

Beynəlxalq Əfv Təşkilatı İran hökumətinə müraciət edərək 6 ərəb fəalı barədə çıxarılan edam hökmünün ləğv edilməsini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciət İranın dini lideri Əli Xamenei, İran Məhkəmə Sistemi və İranın Avropa Birliyindəki səfirliyinə ünvanlanıb.

Ərəb fəalların hər an edam edilə biləcəkləri təhlükəsi barədə xəbərdarlıq edən beynəlxalq təşkilat onların mühakimələrinin ədalətsiz olduğunu və məhkəmədə vəkillə təmin edilmədiklərini vurğulayıb.

Xatırladaq ki, edam cəzasına məhkum edilən fəallar ötən ilin fevral ayında "Silahlı əməliyyatlar həyata keçirmək", "Separatçı Əl-Nizal təşkilatı ilə əməkdaşlıq" və "Xarici ölkənin bankı vasitəsi ilə valyuta mübadiləsi" ittihamları ilə ölüm cəzasına məhkum ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026