• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərdoğandan İmamoğluna SƏRT TƏNQİD

DÜNYA

13 May 2023 | 16:32

Ərdoğandan İmamoğluna SƏRT TƏNQİD

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu sərt şəkildə tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə lideri Ümraniyədə keçirdiyi mitinq zamanı danışıb.

“İstanbula bələdiyyə sədri gətirmisən (Kamal Kılıçdaroğlunu nəzərdə tutur – red). Adamı İstanbulda tapmaq olmur. Bir baxırsan ki, tətildədir, bir də görürsən, xizək sürür. İstanbulu sel aparır, adam yerində yoxdur. Baxırsan ki, səsi Vandan gəlir. Sən İstanbulun bələdiyyə sədrisən, yoxsa turist? Əziz millətim, bunlara lazım olan cavabı sabah verməliyik!” - Ərdoğan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026