• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bu səfər Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhundan xəbər verir

DÜNYA

12 Iyun 2023 | 15:52

Bu səfər Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhundan xəbər verir

Xəbər verdiyimiz kimi, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk səfərini bu gün Kuzey Kıbrıs Türk Cumhuriyyətinə edib. Türkiyə Prezidenti sabah isə Azərbaycana gələcək.

Bakıvaxtı.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, bu bir müsbət ənənə halını alıb ki, Türkiyədə hər seçkidən sonra qalib gələn siyasətçi ilk rəsmi səfərini Azərbaycana edir.

Onun sözlərinə görə, doğrudur, Türkiyəni idarə edənlər ilk səfərlərini Kuzey Kıbrıs Türk Cumhuriyyətinə (KKTC) edirlər, ancaq bu dövlətin müstəqilliyini Türkiyədən başqa heç bir dövlət tanımadığndan kənardan rəsmi səfər kimi qiymətləndirilmir: "Halbuki, Ankara “yavru vatan” adlandırdığı KKTC-nin beynəlxalq aləmdə tanınması üçün əlindən gələni edir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri zamanı xüsusi sənədlərin imzalanmasına ehtiyac yoxdur, “Şuşa bəyannaməsi” iki dövlət arasında imzalanan sənədlərin fövqündə dayanır".

Politoloq qeyd edib ki, Türkiyə Cumhurbaşqanının seçkidən qısa müddət sonra Azərbaycana gəlişi strateji müttəfiqliyin ruhundan xəbər verir: "İrəliyə doğru ortaq çalışmaların istiqamətini müəyyənləşdirmək və sürətini artırmaq lazımdır, görüləcək hələ çox iş var".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026