• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

G7 Ukraynaya nə təklif edəcək?

DÜNYA

12 Iyul 2023 | 14:35 | Müəllif: Qalib İbrahimoğlu

G7 Ukraynaya nə təklif edəcək?

G7 Ukraynanın silahlı qüvvələrinə və iqtisadiyyatına uzunmüddətli investisiyalar planlarını açıqlayacaq.

Bakıvaxtı.az-ın CNN-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat bildirib.

Onun sözlərinə görə, bu gün Alyans Ukrayna-NATO Şurasının təsis iclasını, ardınca ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçirəcək.

NATO sammiti başa çatdıqdan sonra G7-nin digər liderləri və Zelenski ilə birlikdə Bayden Ukraynanın hərbi potensialının gücləndirilməsi və ölkəyə əlavə yardım haqqında “vacib bəyanat” verəcək. Bundan əvvəl ABŞ prezidentinin bəyanatının məzmunu jurnalistlər tərəfindən açıqlanıb.

"Birləşmiş Ştatlar G7 liderləri ilə birlikdə Ukraynaya özünü müdafiə edə biləcək və gələcək irəliləyişlərin qarşısını ala biləcək bir ordu qurmağa kömək etmək niyyətimizi açıqlayacaq", - deyə Amanda Sloat qeyd edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026