• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ vətəndaşları bu tarixədək həbsdə qalacaq - İran AÇIQLADI

DÜNYA

11 Avqust 2023 | 13:51

ABŞ vətəndaşları bu tarixədək həbsdə qalacaq - İran AÇIQLADI

“ABŞ-ın məhbus vətəndaşları pulların hamısı köçürülənədək İranda qalacaq”.

Bakıvaxtı.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi sosial şəbəkədəki səhifəsində bildirib.

Məlumata görə, ABŞ-ın İranda mühakimə olunan vətəndaşlarının ölkələrinə verilməsi qarşılığında Cənubi Koreyada dondurulan 6 milyard dollar məbləğində vəsait Tehrana qaytarılacaq.

Bildirilib ki, iranəsilli ABŞ vətəndaşları Siyamək Namazi, Emad Şarki, Murad Tahbaz və adı açıqlanmayan dördüncü şəxs Evin həbsxanasından ev dustaqlığına göndərilib. Eyni zamanda beşinci məhbusun da adı açıqlanmır. Onun da əvvəllər ev dustaqlığında saxlanıldığı vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR