• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Zelenski müdafiə nazirini işdən çıxarır?

DÜNYA

11 Avqust 2023 | 11:55 | Müəllif: Subhan Mahmudov

Zelenski müdafiə nazirini işdən çıxarır?

Ukrayna müdafiə naziri Aleksey Reznikov tutduğu vəzifədən uzaqlaşdırıla bilər.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ukrayinskaya Pravda nəşri Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Reznikovun tutduğu vəzifədən uzaqlaşdırılması imkanını nəzərdən keçirir.

"Birinci namizəd Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi isə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışindir", - deyə qeyd olunub.

Reznikovun özü isə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri ola bilər./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026