Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Ceykob Zuma həbsxanaya göndərilsə də, qısa zamanda azadlığa buraxılıb.
Bakıvaxı.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, avqustun 10-da CAR prezidenti Matamela Siril Ramafoza tərəfindən əfv edilən 9488 məhbusun arasında Zuma da var.
Qeyd edək ki, ötən ayın 13-də CAR Konstitusiya Məhkəməsi sabiq Prezidentin cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya qaytarılması barədə qərar qəbul edib.
















