• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

CIA-ya məlumat sızdıran çinli casus İFŞA OLUNDU

DÜNYA

11 Avqust 2023 | 12:49 | Müəllif: Subhan Mahmudov

CIA-ya məlumat sızdıran çinli casus İFŞA OLUNDU

Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə şübhəli bilinən Çin vətəndaşını ifşa edib.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, qeyd olunub ki, Zenq soyadlı 52 yaşlı şübhəli şəxs adı açıqlanmayan hərbi sənaye qrupunda çalışıb və məxfi məlumatlara çıxışı olub.

Nazirliyin açıqlamasına görə, MKİ-yə casusluq etməkdə şübhəli bilinən Zenq işəgötürən tərəfindən İtaliyaya təhsil almaq üçün göndərilərkən oradakı ABŞ səfirliyində bir işçi ilə tanış olub. Bir müddət sonra Zeng və ABŞ rəsmisi axşam yeməyinə çıxmaq və operaya baxmaq da daxil olmaqla bir çox tədbirə birlikdə qatılaraq “yaxın münasibət” qurublar.

İddialara görə, əlaqə qurduqdan sonra ABŞ rəsmisi Zenqə onun MKİ  zabiti olduğunu bildirib. Qeyd edilib ki, ona Çin hərbçiləri ilə bağlı məxfi məlumatların ötürülməsi müqabilində həm “külli miqdarda pul”, həm də “ABŞ-a mühacirət vədi” verilib.

Nazirlik onun casusluq fəaliyyəti ilə bağlı sübutlar əldə edildikdən sonra Zenqə qarşı "lazımi tədbirlər" gördüyünü bildirib. İstintaqın davam etdiyi açıqlanıb.

Ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi milli təhlükəsizliklə bağlı həssas məlumatları Çinlə paylaşmaqda ittiham edilərək həbs edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026