• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu gün Bayden-Zelenski görüşü olacaq

DÜNYA

12 Iyul 2023 | 14:40 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün Bayden-Zelenski görüşü olacaq

Bu gün ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat bildirib.

Onun sözlərinə görə, görüş Alyansın Ukrayna-NATO Şurasının təsis iclasından sonra baş tutacaq.

Sloat qeyd edib ki, NATO sammiti başa çatdıqdan sonra G7-nin digər liderləri və Zelenski ilə birlikdə Bayden Ukraynanın hərbi potensialının gücləndirilməsi və ölkəyə əlavə yardım haqqında “vacib bəyanat” verəcək.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026