• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna NATO-ya olmadığı qədər yaxındır -  Stoltenberq

DÜNYA

12 Iyul 2023 | 14:14 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna NATO-ya olmadığı qədər yaxındır - Stoltenberq

"Rusiya Ukraynaya hücum edəndə Ukrayna xalqı ilə siyasi rəhbərliyin gücünü, qətiyyətini və cəsarətini aşağı qiymətləndirdi. Rusiya həm də NATO-nun həmrəyliyi doğru qiymətləndirmədi".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Vilnüs sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

    “Biz lazım olduğu müddətcə Ukraynanın yanında olacağıq. Alyans müttəfiqləri dünən Ukrayna ilə bağlı üç elementi özündə ehtiva edən paketi təsdiqlədi" deyən Stoltenberq qeyd edib ki, Ukrayna NATO-ya olmadığı qədər yaxındır.

    Onun sözlərinə görə, müttəfiqlər razılaşırlar ki, Ukrayna NATO üzvü olacaq.

    "Müttəfiqlər Ukrayna üçün uzunmüddətli təhlükəsizlik dəstəyi verməyə sadiqdir. Bu gün biz bərabər tərəfdaşlar kimi görüşürük, mən bizim müttəfiq kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm”, - deyə NATO Baş katibi vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026