• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Araz Supermarket”dən aldığı məhsul başına bəla oldu - FOTOLAR

CƏMİYYƏT

04 Avqust 2023 | 13:29

“Araz Supermarket”dən aldığı məhsul başına bəla oldu - FOTOLAR

“Veysəloğlu”şirkətlər qrupuna daxil olan “Araz Supermarket” MMC-dən şikayət var.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Qasımov “Araz Supermarket”in mağazasından aldığı çörəyin şəklini sosial şəbəkədə paylaşaraq şikayətini bildirib.

“Dünən “Araz Supermarket” Şəbəkəsindən gördüyünüz çörək alınıb. Təəssüflər olsun ki, çörək yeməyə yararsız haldadır, kif atıb. Açığı kif atmış çörəyi rəfdə saxlamaq nə dərəcədə düzgündür? Təbii ki, doğru deyil. Bu əslində həmin marketin işçilərinin rəflərə və məhsullara düzgün nəzarət etməməsinin nəticəsidir”, - deyə vətəndaş qeyd edib.

Onun sözlərinə görə, çörək alınan tarixdə məhsulun istifadə müddəti başa çatıbmış.

"Qəbzi həmin mağaza təqdim etdik, bizə təzə çörək verdilər", - deyə vətəndaş bildirib.

İbRa


“Araz Supermarket”dən aldığı məhsul başına bəla oldu - FOTOLAR“Araz Supermarket”dən aldığı məhsul başına bəla oldu - FOTOLAR“Araz Supermarket”dən aldığı məhsul başına bəla oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026