• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanın kəndləri ayıların hücumuna məruz qaldı

CƏMİYYƏT

02 Sentyabr 2023 | 23:22 | Müəllif: Subhan Mahmudov

Naxçıvanın kəndləri ayıların hücumuna məruz qaldı

Son günlər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun dağlıq kəndləri ayıların hücumuna məruz qalır.

Bakıvaxtı.az xəbər verir ki, kəndlərdə ayıların çoxalması sakinləri təşvişə salır.

Rayonun dağ kəndlərinin, o cümlədən də Kükünün sakinləri ayıların peyda olmasından təşvişə düşüblər. Sakinlər qeyd edirlər ki, ayılar onların böyük zəhmətlə ərsəyə gətirdiyi təsərrüfat sahələrinə və bal arıları yeşiklərinə ziyan vururlar. Bunlar bir yana, vəhşi heyvanlar onların həyatına təhlükə törədərək, təşviş yaradırlar.

Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta günün istənilən saatında həyətlərdə gözə dəyir, alma, armud yeyirlər. Yırtıcı heyvanlar ovlarını dağda deyil, bağlarda axtarır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026