Xəbər verdiyimiz kimi, Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə ötən ayın sonunda insult keçirib.
Kliniki Tibbi Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, 10 günə yaxın bir müddətdir xəstəxanada müalicə olunan Rais Rəsulzadə sabah evə buraxılacaq.
“Rəis Rəsulov kimi sistemə düşmüş Rais Rəsulzadə KTM-də müalicə olunub. 10 günə yaxın bir müddətdə tibb personalı lazım olan bütün dəstəyi göstərib. Hazırda vəziyyəti də yaxşıdır”, - deyə məlumatda bildirilib.
















