• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Göyçay sakinlərindən 12 ov tüfəngi götürüldü

CƏMİYYƏT

01 Noyabr 2023 | 18:13 | Müəllif: Subhan Mahmudov

Göyçay sakinlərindən 12 ov tüfəngi götürüldü

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə cari il ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 12 ədəd müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026