Gözəllik standartları zamana və mədəniyyətə görə dəyişir. Bu gün gözəl sayılan şeylər keçmişdə heç də gözəl sayılmamış ola bilər.
Qədim dövrlərdə istifadə edilən bəzi gözəllik trendləri günümüzün standartlarına görə olduqca qəribə görünə bilər.
Bakıvaxtı.az xarici mediaya istinadən qeyri-adi gözəllik trendlərini təqdim edir:
Arsen dərisi
İnsanlar İngiltərədə Kraliça Viktoriya dövründə geniş yayılan "Arsen dərisi" cərəyanı ilə mübarizə aparmaq üçün yüksək dərəcədə zəhərli arseni istehlak etməyə başladılar. İnsanlar tərkibində arsen olan "tan vafli" adlanan şokolad yeyirdilər. Arsen bədəndəki qırmızı qan hüceyrələrini öldürdüyü üçün dərini təbii şəkildə ağartdığı düşünülürdü. Ancaq qadınlarda qusma, daxili qanaxma, saç tökülməsi, korluq və ölüm kimi bir çox əlamətlər görünməyə başladı.
Kəllə uzatmaq
İnsanlar Maya sivilizasiyasından yaranan bu gözəllik cərəyanının onları tanrılara yaxınlaşdıracağına inanırdılar. Uzun kəllələri olan insanlar nəcibliyi simvolizə edirdilər, kiçik yaşlarından baş uzatma aparatlarından istifadə olunurdu.
Kiçik ayaq trendi
Ən ağrılı gözəllik tendensiyalarından biri olan ayaq bağlama Çin ənənəsidir. Ayaqların kiçik olması gözəllik əlaməti idi. Bu cərəyan 1911-ci ildə qadağan olunsa da, bəzi bölgələrdə mövcud olmaqda davam edir.
Qan alma
İllər boyu insan bədənindən qan götürməyin müxtəlif xəstəlikləri sağaltdığına inanılırdı. Bu, həm də "solğun dərili görünmək" üçün tətbiq edilən bir tendensiya idi.
Diş qaraltmaq
Yapon ənənəsi olan dişləri qaraltmaqda məqsəd ağız gigiyenasını təmin etmək, qadınları yetkin göstərmək və insanları heyvanlardan ayırmaq olub.
Qladiator təri
Romadakı ən qəribə gözəllik tendensiyalarından biri dəriyə qulluq üçün qladiator tərindən istifadə etmək idi. Tərin dərini yaxşılaşdırdığına və gəncliyi qoruduğuna inanan romalılar güclü və qüsursuz olduqları üçün xüsusilə qladiatorları seçirmişlər.
Ay Tac
















