• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Qaçqınkom"un heç bir quruma BORCU YOXDU - RƏSMİ

CƏMİYYƏT

01 Dekabr 2023 | 15:29

"Qaçqınkom"un heç bir quruma BORCU YOXDU - RƏSMİ

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib.

Məcburi köçkünlər isə kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər.
Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən, dövlət büdcəsindən vahid aylıq müavinət verilir.
Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata keçirilir.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan yaşayış binasına görə SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 965 min. manat həcmində debitor borcunun olmasına dair məlumat yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026