• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Malıbəyli məscidinə qarşı erməni vandallığı - VİDEO

CƏMİYYƏT

02 Oktyabr 2023 | 18:23 | Müəllif: Subhan Mahmudov

Malıbəyli məscidinə qarşı erməni vandallığı - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi ehtimal edilən Malıbəyli məscidinin də vaxtilə işğal altında olan digər məscid və abidələrimiz kimi heyvan ahırı qismində istifadə olunduğu aşkar edilib.

Qeyd edək ki, Malıbəyli məscidinin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, tavanı bir neçə yerdən yandırılaraq yararsız hala salınıb. Dini, tarixi və mədəniyyət abidələrimizə qarşı törədilmiş bu vəhşilik erməni vandalizminin əyani sübutudur.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026