• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xəzər TV-nin efirindəki davaya Şuradan MÜNASİBƏT

CƏMİYYƏT

01 Noyabr 2023 | 16:38

Xəzər TV-nin efirindəki davaya Şuradan MÜNASİBƏT

Audiovizual Şura “Xəzər” televiziyasının efirində ekspertlə sosial problemə görə studiyaya gəlmiş şikayətçi arasında baş verən davaya münasibət bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Şuradan qeyd olunub ki, məsələ ilə bağlı monitorinq aparılıb.

Bildirilib ki, nəticədə proqramın gedişatında xoşagəlməz halın yaşandığı təsdiqini tapıb:

“Amma aparıcı və əməkdaşlar vəziyyəti sakitləşdirməyə çalışıblar. Yayımçı tərəfindən qanunvericiliyin pozuntusu halı da baş verməyib. Şura tərəfindən yayımçıya belə halların baş verməməsi ilə bağlı zəruri tövsiyə verilib. Bənzər proqramlarda belə hallar baş verir. Amma əsas odur ki qanunvericilik pozuntusu baş verməsin. Sözügedən yayımçıya hər hansı cəza tətbiq edilə bilməz, çünki pozuntu halı aşkarlanmayıb”.

Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert Anar Vəziroğlu ilə sosial probleminə görə efirə çıxan şəxs arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR