• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Arda Gülər “Real”dakı gələcəyi ilə bağlı qərar verdi

İDMAN

24 Fevral 2024 | 18:25

Arda Gülər “Real”dakı gələcəyi ilə bağlı qərar verdi

"Real"ın yarımmüdafiəçisi Arda Gülər klubdakı gələcəyi ilə bağlı qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu ​​növbəti mövsümdə komandada qalmaq və əsas heyətdə yer almaq üçün mübarizə aparmaq qərarına gəlib.

Buna baxmayaraq, türk yarımmüdafiəçinin 1 illik icarə əsasında Avropa klublarından birinə getməsi ehtimalı hələ də qalmaqdadır.

Qeyd edək ki, ​​ötən yay "Fənərbağça"dan "Real"a keçən Gülər, bu mövsüm cəmi 3 matçda meydana çıxıb.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.


SON XƏBƏRLƏR

26 Iyul 2024