• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb

İDMAN

25 Mart 2024 | 15:55

Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb

Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib.

Martın 20-də Barselona məhkəməsi Alveşin girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026