• Bakı 14° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Stolüstü tennisçimiz bürünc medal QAZANDI

İDMAN

24 Aprel 2024 | 13:27

Stolüstü tennisçimiz bürünc medal QAZANDI

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, yığma üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3:0 hesabı ilə qalib gələrək pley-offa lider kimi vəsiqə qazanıb.

1/8 finalda belçikalı Noa Varranda 3:1, ardınca ispaniyalı Ladimir Mayorova 3:2 hesabı ilə qalib gələn Quluzadə yarımfinalda fransalı Nolan Constona 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu, idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024