• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Olivye Jiru Avropa çempionatından sonra karyerasını bitirəcək

İDMAN

24 May 2024 | 11:16

Olivye Jiru Avropa çempionatından sonra karyerasını bitirəcək

İtaliyanın "Milan" klubunda çıxış edən Olivye Jiru bu il keçiriləcək Avropa çempionatından sonra Fransa millisindəki karyerasını başa vuracaq.

Bakıvaxtı.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu açıqlama verib.

O, yığma üçün çox darıxacağını bildirib. Jiru gənclərə yer verməyin vaxtının çatdığını da vurğulayıb.

Qeyd edək ki, təcrübəli forvard 2011-ci ildə millidə debüt edib. O, Fransa yığmasında 131 matça çıxıb və 57 qola imza atıb. Hücumçu komanda ilə 2018-ci ildə dünya çempionatının, 2021-ci ildə isə Millətlər Liqasının qalibi olub. Jiru mövsümün sonunda ABŞ-nin "Los Anceles" klubuna keçəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026