• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“PSJ” Mbappeyə 100 milyon avro borcludur

İDMAN

22 Iyun 2024 | 23:21 | Müəllif: Subhan Mahmudov

“PSJ” Mbappeyə 100 milyon avro borcludur

Parisin "Paris Sen-Jermen" (PSJ) klubu sabiq hücumçusu Kilian Mbappeyə 100 milyon avro borcludur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" yazıb.

Belə ki, "PSJ" Mbappenin gedişini elan etdiyi vaxtdan onun maaşını ödəməyib.

Hazırda problemi həll etmək üçün fransalı forvardın nümayəndələrinin yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Klubun futbolçuya iki aylıq maaş və bonuslar daxil olmaqla bütün məbləği ödəyəcəyi güman edilir.

Kilian Mbappe 7 ilini keçirdiyi PSJ-dən ayrıldığını bu ilin mayında açıqlamışdı. İyunun 3-də hücumçunun "Real Madrid"lə müqavilə imzaladığı rəsmən açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026