• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

PSJ Mbappeyə 100 milyon avro ödəyəcək

İDMAN

22 Iyun 2024 | 17:38 | Müəllif: Gülşən Şərif

PSJ Mbappeyə 100 milyon avro ödəyəcək

PSJ-dən ayrılaraq "Real"a keçən Kilyan Mbappe Paris təmsilçisindən 100 milyon avro alacaq.

Bakvaxtı.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. PSJ-nin menecerlərii klubun futbolçuya ödəməli olduğu 100 milyon avro maaş borcu ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar aparır.

Bildirilir ki, tərəflər razılığa gəlməyə yaxındırlar. Klub tam məbləği Mbappeyə ödəyəcək.  Bu məbləğə futbolçunun maaşı və bonusları daxildir. 

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR