• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Karlos Teves xəstəxanaya yerləşdirildi

İDMAN

24 Aprel 2024 | 12:37

Karlos Teves xəstəxanaya yerləşdirildi

Argentina millisinin sabiq futbolçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu gecəni xəstəxanada keçirib.

O, burada əlavə testlər verməlidir. Hazırda Tevesin durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, Karlos Teves İngiltərədə "Mançester Yunayted" və "Mançester Siti", İtaliyada "Yuventus"un uğurları üçün çalışıb.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024