• Bakı 14° C

    14.27 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bu gün Azərbaycan Kubokunda finalçılar bəlli olacaq

İDMAN

24 Aprel 2024 | 09:43

Bu gün Azərbaycan Kubokunda finalçılar bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.

İlk olaraq "Qəbələ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.

Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024