• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb

İDMAN

23 May 2024 | 17:50

Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" klubu mükafatlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Şamaxı şəhər stadionunda gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim olunub. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, PFL əməkdaşı Məlik Həsənov təqdim ediblər.

Qeyd edək ki, "Şamaxı" klubu 27 turdan sonra 57 xalla I Liqanın qalibi olub.


SON XƏBƏRLƏR

15 Iyun 2024