• Bakı 29° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

"Qəbələ”də yeni məşqçi 

 

İDMAN

21 Iyun 2024 | 21:50

Qəbələ”də yeni məşqçi  

"Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək. Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb.

Qeyd edək ki, əvvəllər də Tsxadadze ilə birlikdə çalışmış mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin, Gürcüstan milli komandasında fəaliyyət göstərib.


SON XƏBƏRLƏR