Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Piontek "status-kvo"nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç müəyyənləşdirib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.
***21:11
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda tərəflər hərəyə 1 qol vurublar.
9-cu dəqiqədə Qernot Trauner avstriyalıları hesabda önə keçirib. İlk yarım saatın tamamında isə Kşiştof Pyontek "status kvo"nu bərpa edib.
20:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə ilk hissə başa çatıb
Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda tərəflər hərəyə 1 qol vurublar.
9-cu dəqiqədə Qernot Trauner avstriyalıları hesabda önə keçirib. İlk yarım saatın tamamında isə Kşiştof Pyontek "status kvo"nu bərpa edib.
***20:35
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab bərabərləşib.
Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda polşalılar "status kvo"nu bərpa edib..
İlk yarım saatın tamamında Kşiktof Pyontek dəqiq oynayıb.
***20:20
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda avstriyalılar hesabda önə çıxıb.
9-cu dəqiqədə Qernot Trauner fərqlənməyi bacarıb.
***20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.