• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fransa Mbappesiz qol vura bilmir

İDMAN

22 Iyun 2024 | 10:08

Fransa Mbappesiz qol vura bilmir

Fransa millisi Kilian Mbappenin iştirakı olmadan böyük turnirlərdə üç oyun keçirib.

Bakıvaxtı.az xəbər verir ki, yığma bunların heç birində qol vura bilməyib.

Komanda son olaraq Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində Niderland seçməsi ilə qolsuz heç-heçə edib.

Daha əvvəl hücumçunun Avstriyaya qalib gəldikləri matçda (1:0) burnu sınıb. Forvard əsas millidə çıxış etdiyi vaxtda böyük turnirlərdə yalnız üç qarşılaşmada meydana çıxmayıb.

Bundan əlavə, fransızlar Mbappenin start heyətində yer almadığı son 6 matçda qələbə qazanmayıb - 4 heç-heçə, 2 məğlubiyyət.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026