• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Avropa çempionatı: İki qadın güləşçimiz finala yüksəldi

İDMAN

23 May 2024 | 18:00

Avropa çempionatı: İki qadın güləşçimiz finala yüksəldi

Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) əvvəlki mərhələdə uduzublar.

Bu gün Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici dueldə məğlub olub.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.


SON XƏBƏRLƏR

15 Iyun 2024